Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

05 Eyl 11:30Manşet / Mədəniyyət

Tanınmış kinooperator vəfat etdi

taninmis-kinooperator-vefat-etdi

Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. 

O, 79 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəlif illərdə “Əhməd haradadır?”, “Bəxt üzüyü”, “Arşınmalçı”, “Birisigün, gecəyarısı...”, “Cəmşid Naxçıvanski”, “Qatır Məmməd”, “Qayınana”, “Şərikli çörək”, “Özgə vaxt”, “Son döyüş”, “Udi xalqı”, “Arxada qalmış gələcək”, “Yalan” və digər filmlərin çəkilişlərində iştirak edib.

Novruzovun yaradıcılıq irsinə bədii filmlərlə yanaşı, sənədli və qısametrajlı ekran əsərləri də daxildir. Ümumilikdə onun operator kimi 60-dan çox ekran əsərində adı qeyd olunur.