Xəbər Lenti
9-07-2026, 18:27
Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Tanınmış rəssam vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam Elman Cəfərov 74 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun müəllim kimi fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti məlumat yayıb.
Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi işləyib.
Qeyd edək ki, Elman Cəfərov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olub. Rəssamın yaradıcılığında “Babək”in atlı heykəli, “Dədə Qorqud”un ilkin heykəli, “Mir Həsən Seyidov”un büstü və digər monumental əsərlər xüsusi yer tutur.























































