Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

12 Mrt 21:36Mədəniyyət

Müasir İncəsənət Muzeyində “Qadın rayihəsi” adlı sərgi açılıb

Martın 12-də Müasir İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının, həmçinin UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü (IAA/AIAP), "Miras" qrupunun yaradıcısı və yaradıcı direktoru Nigar Helminin “Qadın rayihəsi” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Milli Məclisin deputatları, incəsənət adamları, sənətsevərlər iştirak ediblər.

Məlumat verilib ki, sərgidə Nigar Helminin realizm və rəngdən qeyri-məhdud istifadəni mükəmməl şəkildə bir araya gətirdiyi 30 rəsm əsəri nümayiş etdirilir. Rəssamın rəsmlərindəki bütün çiçəklər qadın gözəlliyinin və zərifliyinin simvoludur. Onlar qadın enerjisinin toplam halında təzahürünün kompleks şəkildə rəhnidirlər.

Vurğulanıb ki, Nigar Helminin “Qadın rayihəsi” adlı fərdi sərgisindəki rəsmləri canlı duyğular aşılayır və onun adi bir kətan üzərində nəzmə çəkilən rəsmlərində məkan canlanır və hiss olunur. Oradakı çiçəklərin kəskin qoxusu, dəniz ləpələrindən sıçrayan damcılardakı duzlu dad və günəşdən istilənmiş qayaların hərarəti ilə bütün hissiyyatlar vəcdə gəlir...

Diqqətə çatdırılıb ki, Nigar Helmi yaradıcılığında müxtəlif rəngkarlıq janrlarını əzmlə və uğurla sınaqdan çıxarmaqdadır.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən rəssam sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verib, Azərbaycan təsviri sənətinin inkişafı naminə bundan sonra da əzmlə çalışacağını söyləyib.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi martın 19-dək davam etdirəcək.