Xəbər Lenti
Dün, 07:39
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
23-01-2026, 07:57
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
22-01-2026, 07:06
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
22-01-2026, 07:01
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
“Azəriqaz” rəhbərliyi Mingəçevirdə sahibkarlarla görüşüb
Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır.
Bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində Mingəçevir sahibkarları ilə keçirilən görüşündə bildirib.
Aksiyada birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən istər sahibkarların, istərsə də adi vətəndaşların problemləri dinlənilib və onlara yerindəcə izahatlar verilib. Ümumilikdə 38-ci, sahibkarlarla isə 17-ci dəfə təşkil olunan aksiyada Mingəçevir şəhər sakini, 3-cü qrup əlil Aynaxanım Məmmədova təbii qaza görə yaranan borcu ödəməkdə çətinlik çəkdiyi üçün fərdi yaşayış evinə quraşdırılan əvvəlcədən ödənişli sayğacın sonradan ödənişli sayğacla əvəz olunmasını xahiş edib.
Aksiyada yalnız Mingəçevir şəhərindən deyil, ətraf rayonlardan da vətəndaşlar iştirak ediblər. Yevlax rayonunun Tanrıqulular kənd sakini Orxan Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan bütün müraciətlər aidiyyəti üzrə qeydə alınıb. Görüşdə birliyin digər struktur bölmələrinin rəhbər şəxsləri ilə bərabər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Agentlik əməkdaşı “Azəriqaz” İB ilə birgə sahibkarlara bundan sonra da lazımi dəstəyin veriləcəyini bildirib.






















































