Menu
Xəbər Lenti
Qəhrəmanlar danışır...
3-07-2026, 19:11

Qəhrəmanlar danışır...

Nazir Jan Todla görüşdü
3-07-2026, 08:39

Nazir Jan Todla görüşdü

Paşinyan İrana getdi
3-07-2026, 07:59

Paşinyan İrana getdi

09 Mrt 14:27Manşet / Cəmiyyət

Vaksinlərin saxlanılması üçün alınan avadanlıqların sayı açıqlandı

Vaksinlərin saxlanılması üçün alınan avadanlıqların sayı açıqlandı

COVID-19 infeksiyasına qarşı vaksinasiya kampaniyasına hazırlıq mərhələsində vaksin preparatlarının saxlanılması üçün "soyuq zəncir" sistemi genişləndirilib, peyvənd məntəqələri təşkil olunub

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, vaksinatorlar üçün hazırlıq təlimləri həyata keçirilib. "Soyuq zəncir" sisteminin gücləndirilməsi üçün əlavə olaraq 105 ədəd +2-80C-li, 20 ədəd-200C-li və 10 ədəd -860C-li soyuducu avadanlıq alınıb.

Vaksinasiya tədbirlərinin aparılması məqsədilə Bakı şəhərində 70-ə yaxın stasionar peyvənd məntəqəsi təşkil olunub.