Xəbər Lenti
Bugün, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Dün, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Dün, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Azərbaycandakı dini konfessiya rəhbərləri Ukraynadakı hadisələrlə bağlı çağırış ediblər
Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına təhlükənin qarşısının alınmasını vacib sayırıq.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
O qeyd edib: “Qocalar, qadınlar, uşaqların qaçqın taleyi yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması üçün biz, dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırıq. Bu torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin istəyidir”.























































