Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır”
“Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.
“Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi”- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.
Prezident isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:
“Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik”.