Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 10:34
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
Mayın 13-də “Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi"nin ikinci mərhələsinin başa çatması ilə bağlı tədbir keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, layihə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Sosial Xidmətlər Agentliyi, Türkiyə Respublikasının İctimai İnkişaf Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi (TOGEM-DER), Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara Ticarət Palatasının təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.
Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik və bacarıqlarını artırmaq və bu sayədə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi və psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır.
Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov, TOGEM-DER İdarə Heyətinin sədri Füsun Türken Uysal, Ankara Universitetinin Sağlamlıq elmləri fakültəsinin dekanı Əminə Özmete, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı və Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, millət vəkili Mihrimah Belma Satır çıxış ediblər.
Tədbirdə çıxış edən Z.Əliyev layihənin ərsəyə gəlməsində dəstək olan Türkiyə Respublikasının qurumlarına təşəkkür edib və bu təcrübənin iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib. O əlavə edib ki, Agentlik qardaş ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: “Biz daim Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsinə çalışır, icbari tibbi sığorta və səhiyyə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində mütəmadi olaraq qarşılıqlı səfər və görüşlər təşkil edir, birgə layihələr icra edirik”.
İdarə Heyətinin sədri həmçinin müharibə iştirakçılarının və şəhid ailəsi üzvlərinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu və Agentliyin bu istiqamətdə tədbirlər gördüyünü vurğulayıb: “2022-ci ilin yanvar-aprel ayları ərzində 6500-ə yaxın Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə icbari tibbi sığorta çərçivəsində 47 mindən çox tibbi xidmət göstərilib”.
TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov isə Türkiyə Respublikasının daimi dəstəyini diqqətə çatdırıb: “Heç şübhəsiz ki, haqq savaşımızda qəhrəmanlıqla vuruşmuş qazilərimizin sağlamlıqlarına qovuşmasında Türkiyəli həkimlərin rolu danılmazdır. Bu günə qədər birgə əməkdaşlıq çərçivəsində Yaşat Fondu tərəfindən Türkiyəyə əməliyyat üçün göndərilmiş onlarla qazimiz qardaş ölkədə öz sağlamlıqlarına qovuşaraq vətənimizə qayıdıb”.
Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı isə iki ölkə arasındakı əlaqələrin inkişafından və layihənin əhəmiyyətindən danışıb: “Sevindirici haldır ki, bu əhəmiyyətli layihəmizin bağlanış mərasimi Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu kimi sosial layihələrin isə davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcək, Türkiyədəki digər universitetlərin və sosialyönümlü qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasına çalışacağıq”.
Tədbirdə sonunda təlimçilərə və iştirakçılara müvafiq olaraq təşəkkürnamələr və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin cari ilin mart ayında keçirilmiş birinci mərhələsində vebinarlar keçirilib. May ayında Bakıda baş tutan 3 günlük təlimlərdə isə öyrənilən bilik və bacarıqlar təkmilləşdirilib. Layihəyə 70-dən çox əməkdaş cəlb olunub.























































