Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tibbi yardımla bağlı elan paylaşanlara ÇAĞIRIŞ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri sosial şəbəkələrdə tibbi yardımla əlaqəli maddi yardım elanı yerləşdirənlərə çağırış edib.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda keçirilən təlimdə məlumat verib.
O bildirib ki, bəzən sosial şəbəkələrdə qarşısına müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır:
“Dərhal əməkdaşlara məsələni araşdırmaq üçün tapşırıqlar veririk. Əməkdaşların məsələni araşdırmaları və paylaşımı edən şəxslərin niyə icbari tibbi sığortanın xidmətlərindən yararlanmadan belə addım atmalarını öyrənmələrini gözləyirəm.
Bəzən elə hallar olur ki, onlar ölkədən kənarda əməliyyat olunmalıdırlar. Həmin xidmətləri təmin etməyə bizim əlimiz çatmır. Bəzən də lazım olan tibbi xidmətlər Xidmətlər Zərfində olmur. Amma əksər hallarda onlara lazım olan tibbi xidmət Xidmətlər Zərfində mövcud olur. Bu paylaşımı edən şəxslərə səslənirəm ki, ilk növbədə bizə müraciət etsinlər. Əgər hər hansı səbəbdən onlara kömək edə bilməsək, o zaman yardım toplanması üçün elan yerləşdirsinlər”.
Könül Cəfərli