Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Kit Kelloq: "ABŞ Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil"

"Ukrayna münaqişəsinin başa çatması yaxındır, lakin Zaporojye Atom Elektrik Stansiyasının və Donetsk vilayəti ərazilərinin mənsubiyyəti məsələsi hələ də danışıqların gündəliyində qalır".
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib.
O hesab edir ki, əgər bu iki məsələ həllini tapsa, qalan məsələlər də düzələcək.
Kelloq əlavə edib ki, ABŞ Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil. Xüsusi nümayəndə Rusiyaya qarşı təzyiq üsulları qismində iqtisadi sanksiyaları, "kölgə donanması" ilə mübarizəni göstərib.























































