Menu
Xəbər Lenti
Məşhur aktyor vəfat etdi
12-02-2026, 05:38

Məşhur aktyor vəfat etdi

Artıq heç-heçə olmayacaq
12-02-2026, 05:27

Artıq heç-heçə olmayacaq

04 Ara 05:04Manşet / Şou-biznes

Son etirafı müzakirələrə səbəb oldu

son-etirafi-muzakirelere-sebeb-oldu

Məşhur türkiyəli aparıcı Burcu Esmersoy iştirak etdiyi bir tədbirdə jurnalistlərə verdiyi açıqlama ilə həm medianı, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

“Qafqazinfo” xəbər verir ki, 49 yaşlı Esmersoy 6 ildir təqaüdə çıxdığını bildirib.

“Təqaüdə çıxmışam. Əslində, hər bir təqaüdçünün etdiyi şeyləri edirəm”, - o qeyd edib.

Esmersoy daha sonra ən çox müzakirə olunan detalı açıqlayıb:

“Artıq düz 6 ildir təqaüdçüyəm. Bizim bir dost qrupumuz var, hamımız təqaüddəyik. Erkən təqaüdə çıxdığım üçün çox xoşbəxtəm”.

Hər zaman formada görünməsi ilə tanınan Burcu Esmersoyun bu etirafı qısa müddətdə sosial mediada müzakirələrə səbəb olub.