Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Cənubi Koreyanın ikinci ən böyük kriptovalyuta birjası olan “Bithumb” kampaniya zamanı texniki səhv nəticəsində müştərilərə təsadüfən 620 min “Bitcoin” paylayıb.
“Qafqazinfo”nun xəbərinə görə, təxminən 42 milyard dollar dəyərində olan səhv 6 fevralda bir işçinin mükafat məbləğini Koreya vonu əvəzinə “Bitcoin”lə sistemə daxil etməsi ilə baş verib.
695 müştəriyə cəmi 620 min von verilməsi planlaşdırılsa da, nəticədə 249 istifadəçinin hesabında nəzərdə tutulan məbləğdən dəfələrlə çox aktiv görünüb. Hesablar dondurulmazdan əvvəl 86 müştəri təxminən 1788 “Bitcoin” satıb.
Cənubi Koreyanın Maliyyə Nəzarəti Xidməti hadisə ilə bağlı araşdırmaya başlayıb. “Bithumb” səhv əməliyyatların böyük hissəsinin düzəldildiyini bildirib və vəsaitlərin geri qaytarılması üçün müştərilərlə danışıqlar aparır.






















































