Menu
Xəbər Lenti
Məşhur aktyor vəfat etdi
12-02-2026, 05:38

Məşhur aktyor vəfat etdi

Artıq heç-heçə olmayacaq
12-02-2026, 05:27

Artıq heç-heçə olmayacaq

14 Şub 10:27Manşet / Gündəm / Siyasət

İlham Əliyev Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb.

Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açılıb.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulanıb.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunulub, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulanıb, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsin