"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
“Putin müharibəyə son qoymaq istəyir”

“Vladimir Putin müharibəyə son qoymaq istəyir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Stiv Uitkov və Cared Kuşnerin Putinlə görüşünün nəticələri ilə bağlı suala cavabında deyib.
“Uitkof və Kuşnerin təəssüratı belə oldu. Düşünürəm ki, o, daha normal həyata qayıtmaq istəyir. Düşünürəm ki, o, həftədə minlərlə əsgər itirmək əvəzinə, açıq şəkildə Amerika Birləşmiş Ştatları ilə ticarət etmək istəyir. Onların təəssüratına əsasən Putin razılaşmaq istəyir”, - deyə Tramp əlavə edib.
O vurğulayıb ki, Stiv Uitkoff və Cared Kuşer Prezident Putinlə kifayət qədər yaxşı görüş keçiriblər.
“Rusiya-Ukrayna müharibəsi heç zaman başlamamalı idi. Mən bu ofisdə olanda onlara dedim ki, kartları yoxdur. Həmin vaxt barışmaq üçün yaxşı vaxt idi. Amma bunu etməmək qərarına gəldilər. Amma Prezident Putin dünən Cared Kuşner və Stiv Uitkoffla çox yaxşı görüş keçirib. Bu görüşdən nə nəticə çıxardığını sizə deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır”,- deyə Tramp əlavə edib.























































