Menu
Xəbər Lenti
2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

05 Ara 05:33Manşet / İdman

Üç yaşlı uşaq dünya rekorduna imza atdı

uc-yasli-usaq-dunya-rekorduna-imza-atdi

Üç yaşlı Hindistan vətəndaşı Sarvaqya Sinqh Kuşvaha FIDE-dən rəsmi reytinq əldə edərək, dünya rekorduna imza atıb.

“Qafqazinfo” xəbər verir ki, kiçik şahmatçı ən azı üç reytinq xalı olan rəqibini məğlub etməklə tarixdə rəsmi FIDE xalı alan ən gənc şahmatçı adını qazanıb.

Hindistanın Madhya Pradeş ştatında yaşayan və hazırda bağçaya gedən Kuşvaha üç yaş, yeddi ay və 20 günlük olarkən FIDE sürətli şahmat reytinqi alıb. Beləliklə, o, ötən ilin noyabrında üç yaş, səkkiz ay və 19 günlük ikən rekord qırmış Aniș Sarkarı geridə qoyub.

Kuşvaha­nın sürətli şahmat üzrə FIDE reytinqi 1572-dir. FIDE xalı almaq üçün oyunçu ən azı bir FIDE reytinqinə sahib rəqibini məğlub etməlidir. Reytinq şahmatçının güc səviyyəsini və performansını ölçən əsas göstəricidir. Hazırda dünya reytinqində birinci olan Maqnus Karlsenin sürətli şahmat xalı 2824-dür.

Kuşvaha­nın atası Siddharth Sinqh Hindistan mediasına açıqlamasında oğlunun nailiyyəti ilə qürur duydyqlarını deyib:

“Onun bir gün böyük usta tituluna sahib olmasını istəyirik”.

Balaca şahmatçı həm ştat daxilində, həm də Hindistanın müxtəlif bölgələrində keçirilən turnirlərdə reytinqli rəqiblərini məğlub edərək, bu rekorda nail olub.

Qeyd edək ki, Hindistan şahmat dünyasında xüsusi yerə malikdir və ölkə son dünya çempionu Qukeş Dommaraju və beşqat dünya çempionu Vişvanatan Anand kimi tanınmış qrossmeysterləri yetişdirib.