Şəhid Vüsal Kazımovun əziz xatirəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Rusiya sülh planının 3 bəndində güzəştə getməyəcək - KİV

Rusiya ABŞ Prezidenti Donald Trampın sülh planının üç bəndi üzrə güzəştə getmək niyyətində deyil.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Bildirilir ki, Moskva birinci bənd kimi Donbas ərazisi (Donetsk və Luqanks vilayətləri), ikinci məsələ olaraq Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının məhdudlaşdırılması, üçüncü isə Rusiya ordusunun nəzarətində olan Ukrayna torpaqlarının ABŞ və Avropa tərəfindən rəsmi olaraq Rusiya ərazisi kimi tanınması mövzusunda heç bir güzəştə getməyəcək.
Xatırladaq ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü 3 saatdır davam edir. Danışıqlarda Rusiya tərəfdən Yuri Uşakov və Kirill Dmitriev iştirak edirlər.
Həmçinin Tramp ABŞ-nin Ukrayna münaqişəsini həll etməyə çalışdığını bəyan edib və mövcud vəziyyəti mürəkkəb adlandırıb.






















































