“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Uitkoff təhlükəsiz rabitə xəttindən imtina etdi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna münaqişəsinin nizamlanması mövzusunu təhlükəsiz rabitə xətti vasitəsilə müzakirə etmək təklifindən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
“Avropalı rəsmilərdən biri Uitkoffdan müttəfiqlərlə danışıqları Avropa dövlət başçılarının həssas diplomatik danışıqlar üçün istifadə etdiyi təhlükəsiz stasionar rabitə xətti vasitəsilə aparmağı xahiş edib. Uitkoff həddindən artıq çox səyahət etdiyinə görə bu ağır sistemdən yararlanmaq təklifindən imtina edib”, - nəşrin məlumatında deyilir.
Xatırladaq ki, bir müddət öncə Stiven Uitkoff və Rusiya lideri Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının detalları mətbuata sızdırılıb.



















































