İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
Konsertindən film hazırlayacaq

Dünya şöhrətli müğənni Billi Ayliş və əfsanəvi rejissor Ceyms Kemeron birgə 3D formatında konsertindən hazırlanan filmi təqdim edəcəklər.
“Qafqazinfo” xəbər verir ki, ekran işinin premyerası 2026-cı il martın 20-də baş tutacaq.
Film Aylişin 2024-2025-ci illəri əhatə edən “Hit Me Hard And Soft” dünya turu çərçivəsində lentə alınıb. Müğənni layihədə Ceyms Kemeronla bərabər həmmüəllif və rejissor kimi çıxış edib.
İfaçı hələ iyul ayında Mançesterdəki konserti zamanı bu əməkdaşlığa işarə vuraraq, “çox vacib bir layihə” üzərində işlədiyini və onun 3D formatında olacağını pərəstişkarlarına çatdırmışdı. Bu filmin müğənninin karyerasında ən mühüm mərhələlərdən biri olacağı gözlənilir.
Qeyd edək ki, bu, Aylişin kino-konsert sahəsindəki ilk təcrübəsi deyil. O, daha əvvəl “Disney+” üçün özündən bəhs edən sənədli film və xüsusi konsert proqramı ilə çıxış edib.























































