Menu
Xəbər Lenti
Təbrik Məktubu
Dün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Dün, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

05 Ara 05:36Manşet / İdman

“Mançester Yunayted” qışda onları satacaq

mancester-yunayted-qisda-onlari-satacaq

İngiltərənin “Mançester Yunayted” klubu yaxınlaşan qış transfer pəncərəsində heyətin 4 üzvü ilə yollarını ayırmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Bildirilib ki, “qırmızı şeytanlar” satılan oyunçulardan əldə ediləcək vəsaitlə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Satış üçün nəzərdə tutulan futbolçuların sırasında Kobbi Meynu, Coşua Zirkze, Manuel Uqarte və Tayrell Malasiyanın adları hallanır.

Lakin klub rəhbərliyi hazırda çətin vəziyyətlə üz-üzədir. Belə ki, komandanın üç əsas oyunçusu dekabrın ortalarından etibarən Afrika Millətlər Kubokuna yollanacaq. Bu səbəbdən klubun idarəetmə heyəti baş məşqçi Rumen Amorimin heyətini daha da zəiflətmək istəmir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə 14 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.