Xəbər Lenti
Dün, 06:24
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb - YENİLƏNİB
23-09-2023, 17:03
Tibbi yardıma ehtiyacı olan erməni sakinlərin Ermənistana təxliyəsi üçün imkan yaradılır
21-09-2023, 05:08
Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
21-09-2023, 05:05
XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"
21-09-2023, 04:56
Mərakeş zəlzələdən sonra bərpa işlərinə 11 milyard dollardan çox vəsait xərcləyəcək
20-09-2023, 06:24
Baş katib: BMT TŞ və Bretton-Vuds sistemi kimi bir çox beynəlxalq qurumlar köhnəlib
20-09-2023, 06:21
MN: Təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır
19-09-2023, 06:31
Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır”
18-09-2023, 16:33
Azərbaycandakı diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı brifinq keçirilib
24 May 15:28Manşet / İqtisadiyyat
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.
Avtomobil yolunda hazırda torpaq işləri icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır.
Bundan başqa, yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsündə svay üçün hazırlıq prosesi aparılmaqla tikintisi davam etdirilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yükunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.