Xəbər Lenti
Dün, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 10:34
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirildi.
Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edildi.
Görüşdə Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə söhbət açıldı. Bildirildi ki, Prezident tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır.
Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi.
Pandemiya ilə mübarizə istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edildi, ölkəmizdə xəstəliyin ilk günlərindən infeksiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlərin görüldüyü vurğulandı. Bildirildi ki, bu gün Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, məhdudiyyətlər tədricən aradan qaldırılır, hazırda çox az sayda məhdudiyyət qalıb.
Eyni zamanda, COVID-19 ilə mübarizə sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr diqqətə çatdırıldı. Bildirildi ki, Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-dək ölkəyə maliyyə və humanitar yardımı göstərib.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyi qeyd edildi.
Bununla yanaşı, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyi vurğulandı.
Həmçinin “vaksin millətçiliyi” və vaksinlərdən istifadə ilə bağlı qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi qeyd edildi.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına bütün sahələrdə, o cümlədən maliyyə sahəsində etdiyi yardımı yüksək qiymətləndirdi.
Pandemiyanın başladığı dövrdən Azərbaycanın xəstəliklə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulandı.
Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.























































