Xəbər Lenti
Bugün, 05:09
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 07:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
Dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.
Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Sonra dövlətimizin başçısı çıxış edib.





















































