Xəbər Lenti
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 12:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Ekstremal temperaturda nələrə diqqət edilməlidir?
Artıq bir neçə gündür ki, ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Sinoptiklər isti hava şəraitinin avqustun 20-nə kimi davam edəcəyini bildiriblər.
Hətta bu hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olduğu deyilir.
Günəşli havalarda nələrə diqqət edilməli olduğunu təqdim edir:
1. Çoxlu su için. Çalışın bu aralar ürək ritmini pozan energetik içki və qəhvədən uzaq durun.
2. Maksimum dərəcədə duşdan sonra qurulanın. Suyun dəriyə hopması bədənin temperaturla mübarizəsini daha da çətinləşdirir.
3. Yüngül, nazik və açıq rəngli paltarlar geyinin.
4. Uşaqlara, yaşlı nəsilə və ev heyvanlarına diqqəti artırın.
5. Kondisioneri çox soyuq deyil, 22 dərəcə ətrafında istifadə etmək məsləhətdir. Çünki çox soyuqdan istifadə etmək evdən çölə çıxarkən həddindən artıq temperatur fərqi yaradır.






















































