Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

16 Eyl 16:52Manşet / Cəmiyyət

Küçələrdən bulaqlar yığışdırılıb, ağaclar susuz qalıb

Küçələrdən bulaqlar yığışdırılıb, ağaclar susuz qalıb

Əvvəllər Bakının hər küçəsində bulaqlar vardı. Sonradan yığışdırıldı. İndi paytaxt küçələrindəki ağaclar susuz qalıb. Belə olmaz.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və qorunması ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var.

M.Qənbərov qeyd edib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub:

"Qanunla yaşıllıqların yaradılmasına xüsusi yanaşılmalıdır. Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur".