Xəbər Lenti
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
26-05-2026, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Bakının mərkəzində çoxillik ağacları kəsib parkinq etdilər
Bakının Nəsimi rayonunda ağacların kəsilərək yerində parkinq təşkil edilməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Belə ki, ərazidə çoxillik ağaclar kəsilib, piyadalar üçün səki isə daraldılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, məsələdən xəbərdardırlar.
“Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkədə, həmçinin sözügedən ərazinin bu dəyişiklikdən öncəki görüntüsünün fotosu da yayılıb.






















































