Xəbər Lenti
Bugün, 12:27
Ali Baş Komandanımız İlham Əliyev Xocalımızı geri aldı və soyıqrım cinayətini memorialla əbədiləşdirdi-Könül Nəbizadə
Bugün, 05:15
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
Bugün, 05:07
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım olundu - Foto
Prezident İlham Əliyev: Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur

Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.
Bunu Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq - ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin, bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var. Ümumilikdə, biz tərəfdaşlığımızın səviyyəsindən olduqca məmnunuq. Uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.
Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi sahələr daxildir, ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq. Siz bilirsiniz ki, biz bu vacib istiqamətdə addım atmağa yaxınıq. Siz Azərbaycanda fəaliyyətinizə tamamilə fərqli mühitdə başlayırsınız. Çünki Qarabağ münaqişəsi başa çatdıqdan sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki, bu, müsbət dinamikadan bəhrələnmək və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir".























































