Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

16 Kas 05:54Manşet / Siyasət / Dünya

Türkiyə Aİ üçün çox vacib ölkədir - nazir

Türkiyə Aİ üçün çox vacib ölkədir - nazir

Türkiyə Avropa İttifaqı və ümumilikdə Avropa üçün çox vacib ölkədir.

Bu barədə çərşənbə axşamı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Brüsseldə Avropa İttifaqının innovasiya, tədqiqat, mədəniyyət, təhsil və gənclərlə iş üzrə komissarı Mariya Qabriel ilə birgə mətbuat konfransında bildirib.

"Miqrasiya, energetika, təhlükəsizlik və təchizat zəncirləri böhranı Avropaya dərindən təsir edib. Bunu nəzərə alsaq, Türkiyənin həm birlik, həm də Avropa üçün vacib ölkə olduğu göz qabağındadır. Ona görə də qarşılıqlı əsasda atılacaq bütün konkret addımlar təkcə Türkiyəyə deyil, Avropa İttifaqına da böyük fayda verəcək", - deyə nazir bildirib.
M.Varank həmçinin qeyd edib ki, Türkiyənin Aİ-yə tamhüquqlu üzv olması ölkənin strateji hədəflərindən biri olaraq qalır.

"Biz Aİ-nin Türkiyə ilə münasibətlərini üzvlük perspektivi əsasında inkişaf etdirməsini gözləyirik", - deyə nazir əlavə edib.