Xəbər Lenti
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 12:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
İstanbulda törədilən terrorla bağlı Bolqarıstanda 5 nəfər saxlanılıb

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.
Bu barədə şənbə günü Bolqarıstan milli televiziyası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Şənbə günü TASS-a istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.
Bolqarıstan prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saat saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb. İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.






















































