Xəbər Lenti
2-05-2024, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
2-05-2024, 09:27
Üzərinə qaynar qazan aşıran Nərminin anası: “Evimizə qayıtmaq üçün borc pul almışıq”
29-04-2024, 14:44
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
29-04-2024, 11:33
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
Prezident İlham Əliyev: Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir. Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf edib.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda yer alıb.
“İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə möhkəm cansağlığı və xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, bu ölkənin dost xalqına əmin-amanlıq və rifah arzulayıb.