Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

24 Mrt 00:02Mədəniyyət

Heydər Əliyev Sarayı Novruz bayramı münasibətilə uşaqları əyləncəli proqram ilə sevindirib

Heydər Əliyev Sarayının səhnəsində “Cırtdan və dostlarının Novruz macəraları” adlı möhtəşəm bayram şənliyi keçirilib.

Saraydan AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olublar. Cırtdan və onun dostları sevilən qəhrəmanlar oğurlanmış Bahar qızı xilas edərək baharın gəlişini böyük coşqu və təmtəraqla qeyd ediblər.

Bundan əlavə, uşaqlar Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyiblər.

Novruz şənliklərində uşaqlar tamaşaçı foyesində Kosa, Keçəl və digər nağıl qəhrəmanları ilə fotosessiya etmək imkanı əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayı ənənəyə sadiq qalaraq bu bayramda da, Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin uşaqlarına, uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırıb.