Menu
Xəbər Lenti
Bu gün Yel çərşənbəsidir
10-03-2026, 05:20

Bu gün Yel çərşənbəsidir

Telefonla danışdılar
10-03-2026, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
10-03-2026, 05:08

“Narazıyam” - Tramp

22 Ara 03:10Mədəniyyət

Tom Kruz havadan asılı şəkildə tamaçılarla sevincini paylaşdı - VİDEO

Amerikalı aktyor Tom Kruz 2022-ci ildə ABŞ-nin ən gəlirli filmlərindən hesab olunan “Top Gun: Maverick”in tamaşaçılarına qeyri-adi üsulla təşəkkür edib.

Bununla bağlı kadrlar Hollivud ulduzunun “Instagram” hesabında paylaşılıb.

“Hər kəsə salam! Biz “Missiya: Mümkünsüz” (“Mission: Impossible”) filminin çəkilişi üçün heyrətamiz Cənubi Afrikadayıq. Mən bu ili sizə kinoteatrlara gəldiyiniz və “Top Gun: Maverick”i dəstəklədiyiniz üçün təşəkkür etmədən bitirmək istəmədim”, - deyə Tom Kruz bildirib.

Videoda görünür ki, rejissor Kristofer Makkuorri aktyordan tullanışı çəkmək üçün tələsməyi xahiş edir. Daha sonra Kruz təyyarədən tullanır və sərbəst uçuş zamanı tamaşaçılara müraciətinə davam edir.