Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
22 Ara 02:43Mədəniyyət
“Avatar: Su yolu” filminin boykot edilməsi üçün çağırış səsləndi: Rejissor ittiham edilir
Amerikalı rejissor Ceyms Kemeronun “Avatar: Su yolu” filmi boykot edilə bilər.
Kemeron bu filmdə fərqli mədəniyyətləri mənimsəməkdə ittiham olunur.
ABŞ-nin yerli xalq təşkilatlarından olan fəallar filmin irqçiliyi əks etdirdiyini iddia ediblər.
Navaxo qəbiləsindən olan rəssam və “Indigenous Pride Los Angeles” təşkilatının həmsədri Yue Beqay bununla bağlı sosial mediada müraciət yayıb. Beqay filmi mühakimə edib və potensial tamaşaçıları kinoteatrlara getməməyə çağırıb.
“Bütün dünyada bu dəhşətli və irqçi filmi boykot edən yerli əhaliyə və digər yerli xalqların qruplarına qoşulun”, - deyə o qeyd edib. Beqayın bu paylaşımı 46 mindən çox bəyənmə toplayıb.
Rəssam vurğulayıb ki, rejissor hinduların mədəniyyətini “mənimsəyib” və bununla da ağdərililərin xilaskar kompleksini təmin etməyə çalışır. Onun fikrincə, baş qəhrəmanların mavi simaları yerli xalqların dəri rənginin irqçi karikaturasıdır. Bundan əlavə, heç bir hindu bu filmdə rol almayıb.
Beqay eyni zamanda Kemeronun özünə də şəxsən müraciət edib. O, rejissora çağırış edib ki, özünü yerli xalqların müdafiəçisi kimi göstərməyi dayandırsın və bunun əvəzinə onları layihələrində işə götürsün.