Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ock 17:53Mədəniyyət

Şəffaflığın və ünvanlılığın təmin olunmasını həyata keçirən sosial islahatlar

Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda və eyni zamanda, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində sosial sahə ilə əlaqədar mühüm addımların atılacağı barədə anons verilmişdi. Ekspertlər bir çox təqaüd və sosial ödənişlərin artırılacağını güman edirdi. Dövlət başçısının yanvarın 13-də imzaladığı fərman və sərəncamlar gözləntilərdən daha əhatəli oldu. Dördüncü sosial islahat paketi fərqli çalarları ilə diqqəti cəlb etdi. Gün ərzində elan edilən 16 fərman və sərəncam müxtəlif və xeyli həssas subyekti əhatə etməklə yanaşı, eyni zamanda, artımlar əhəmiyyətli dərəcədədir.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Müsahibimiz fikrinə davam edərək deyib: “Prezident tərəfindən elan edilən növbəti sosial islahat paket rəğbətlə qarşılandı. Müxtəlif həssas sosial qrup nümayəndələrinin sosial şəbəkə üzərindən təşəkkür mesajlarına rast gəlirik. Bu, eyni zamanda, dövlət və xalq birliyinin mühüm göstəricisidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğısını görürük. Yeni artımlarda həmin kateqoriyadan olan həssas qruplara qarşı xüsusi yanaşma hiss olunur. Belə ki, şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 20 faiz artırılaraq 600 manata çatdırıldı. 2018-ci ildə 242 manat olan bu təqaüd məhz ötən dövrdə 2,5 dəfə artırılıb. Daha bir həssas qrup olan və hər zaman dövlətimizin qayğısı ilə əhatə müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü də müvafiq olaraq I dərəcəli əlillər üçün 500, II dərəcəli əlillər üçün 400, III dərəcəli əlillər üçün 330 manata çatdırıldı. Fərman və sərəncamlara müxtəlif sosial kateqoriyalar üzrə digər vacib artımlar da ölkə vətəndaşlarının sosial müdafiəsinin artırmasına xidmət edir”.

İctimai Birliyin sədri qeyd edib ki, vacib məqamlardan biri də pensiyaçı elmlər doktoru üçün Prezident təqaüdünün ötən ildə artırılmasına baxmayaraq yenidən 300 manatdan 500 manata qədər artırılmasıdır: “Bu, eyni zamanda, elmə və təhsilə olan xüsusi diqqətin təzahürüdür. Prezident sosial dövlət modelini əsas götürərək məhz büdcənin mühüm hissəsinin, təqribən 46 faizinin sosial sahəyə yönəlməsini təmin edir. Bu isə ümumilikdə 15,2 milyard manat vəsait deməkdir. Hesab edirəm ki, sosial islahatlar siyasətinin əsas tərkib hissəsi sosial ödənişlərin artırılması ilə yanaşı bu sahədə şəffaflığın, hesabatlılığın və ünvanlılığın təmin olunmasıdır. Prezident tərəfindən həyata keçirilən bu uğurlu sosial siyasət nəticəsində həssas qruplardan olanların sosial müdafiəsinin təmin olunmasında ciddi irəliləyişlər baş verir”.