Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
20 Ock 18:49Mədəniyyət
Əkbər Qoşalının Qanlı Yanvarla bağlı yazısı Türkiyənin nüfuzlu jurnalında dərc edilib
Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Mədəniyyət Nazirliyinin İctimai Şurasının sədr müavini, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı qələmə aldığı yazısı qardaş Türkiyədə nüfuzlu jurnalda dərc edilib.
AZƏRTAC xəbər verir ki, mərkəzi qərargahı İstanbulda yerləşən, Türk Dünyası Araşdırmaları Vəqfinin mətbu orqanı olan “TARİH” – Türk dünyası tarix, mədəniyyət dərgisində yer alan yazı son 3 ildə qərənfillərin xarıbülbül qoxumasına vurğu edərək başlayır. Dərginin redaksiyası yazının adını da “Xarıbülbül” olaraq qeyd edib. Yazıda XX yüz ilin 90-cı illərinə səyahət edilir, 20 Yanvar hadisələri, Azərbaycan xalqının cəsarəti, əyilməzliyi şərh olunur. Nəhayət 2020-ci ildə 44 günlük müharibədə qazanılmış tarixi Zəfərlə bütün şəhidlərimizin ruhunun əbədi şadlıq tapdığı vurğulanır.
Qeyd edək ki, bu, yazarın son bir il içində “TARİH”də çıxan üçüncü irihəcmli yazısıdır. Bundan əvvəl ermənilərin Orta Asiya “politika”sından və türk xalqları ədəbiyyatının dövrləşməsindən bəhs edən araşdırma yazıları türk dünyası oxucularına təqdim olunmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır