Xəbər Lenti
Bugün, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
Bugün, 09:35
Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL
26-04-2024, 13:41
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
26-04-2024, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26-04-2024, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
26-04-2024, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
23 Şub 06:49Mədəniyyət
Azərbaycan Milli Kulinariya komandası İtaliyadan vətənə dörd medalla dönüb
Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”nin son günündə daha bir medal qazanıb. Yarışmada Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edən aşpazlar ümumilikdə dörd bürünc medal əldə ediblər.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi müsabiqənin Avropa üzrə yarımfinalının son günündə “Qlobal gənc aşpaz” kateqoriyası üzrə yarışmada azərbaycanlı aşpaz Emil Zeynalzadə bürünc medal qazanıb.
Xatırladaq ki, milli komandanın üzvləri yarışmanın ilk günündə digər üç kateqoriya - “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə yarışmalarda bürünc medallar qazanıblar. Beləliklə, “Avropa Qran-Prisi 2023” mərhələsində Azərbaycan komandası mövcud dörd kateqoriyanın hər birində medal əldə ediblər. Bu qələbə Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb.
Qeyd edək ki, yarışmanın son günündə Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Martin Maitland yarışda münsiflər heyətinin köməkçi üzvləri kimi qiymətləndirmə prosesində iştirak ediblər.
Həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Dövlət Turizm Agentliyi tərəfindən tədbir məkanında “Qarabağ, Şuşa” mövzusunda hazırlanmış destinasiya məlumat stendini ziyarət edərək komandaya dəstək olub.
Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar təmsil olunublar.