“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar
Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu - Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə B.Feyzullayev qızıl, M.Hüsiyev isə gümüş medallara sahib çıxıb.
60 kq çəkidə final qarşılaşmasında da iki cüdoçumuz - Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıb. Nəticədə Nihad Rəhimov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.
66 kq çəkidə tatami üzərinə çıxan Kənan Sadıqov birinci yeri tutub. Eyni çəki dərəcəsində mübarizə aparan Ümüd Qurbanov isə bürünc medalla kifayətlənib.