“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Cüdoçumuz dünya çempionatının finalına yüksəldi
Azərbaycanın gənc cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Oğlanlar arasında 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
Avropa çempionu, ardıcıl olaraq, Sanqvo O (Cənubi Koreya), Yohan Qomes (Kolumbiya), Amat Bakitjan (Qazaxıstan) və Kako Çapurişvilini məğlub edib. N. İmranov finalda yaponiyalı Yamato Fukuda ilə qarşılaşacaq.
Qızlar arasında isə Könül Əliyeva bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq. 48 kiloqram çəkidə mübarizə aparan idmançının rəqibi neytral statusda yarışan Kristina Dudina olacaq.
Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Aydın Rzayev (66 kiloqram), Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi 52 kiloqram) isə dünya çempionatını medalsız başa vurublar.