Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

11 Şub 09:37Manşet / İdman

İki qızıl, üç gümüş, bir bürünc: Taekvondoçularımızdan Türkiyədə möhtəşəm uğur

 

Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında daha dörd medal qazanıblar.

Oxu.Az xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutublar.

Bununla da baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş, 1 bürünc medalla başa vurub.

Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.

Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət millisi də iştirak edəcək.