Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
12 Mrt 15:24Siyasət
Bakı Forumu çərçivəsində “Millətin formalaşması” mövzusunda panel iclas təşkil olunub
Martın 12-də X Qlobal Bakı Forumu çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş "Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı" mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin ikinci panel iclası “Millətin formalaşması” mövzusuna həsr olunub.
Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya moderatorluğu ilə keçirilən panel iclas maraqlı çıxışlarla yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasi xadim olduğunu vurğulayan Zlatko Laqumciya bildirib ki, Heydər Əliyev xalqının, millətinin taleyi və xoş gələcəyi üçün mühüm işlər görüb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyini yeni və möhkəm əsaslar üzərində qurub. Z.Laqumciya Azərbaycanın inkişafında Prezident İlham Əliyevin rolunu da qeyd edib.
Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd edib: “Biz Azərbaycanın simasında dövlət qurmağın, xalqı formalaşdırmağın ən gözəl nümunəsini gördük. SSRİ-nin süqutundan sonra müstəqillik qazanmağa başlayan hər bir respublikaya “qurucu və xilasedici ata” lazım idi. Azərbaycanın qurucu atası məhz Heydər Əliyev oldu”.
Ulu Öndərlə bağlı xatirələrini bölüşən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev də, onun övladı - Azərbaycan Prezidenti İlham Əliyev də tolerantlığı üstün tutur, ölkəni inkişaf etdirmək və modernləşdirmək uğrunda səylə çalışır. Vurğulanıb ki, hər iki lider başqalarına örnəkdir.
Gürcüstanın 2010-2012-ci illərdə Baş nazirinin müavini olmuş Eka Tkeşelaşvili çıxışında Sovet imperiyasının dağılmasından sonra Azərbaycan və Gürcüstanın müstəqillik uğrunda keçdiyi çətin yoldan danışıb. İndi hər iki ölkənin müasir və demokratik inkişaf yolu ilə irəlilədiyini vurğulayan Eka Tkeşelaşvili Heydər Əliyevin zamandan asılı olmayaraq, həmişə xalqının yanında olduğunu qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır 2023-cü ilin həm Türkiyə, həm də Azərbaycan üçün əlamətdar olduğunu diqqətə çatdırıb. V.Bozkır deyib: “Biz bu il iki mühüm hadisəni -Türkiyə Respublikasının qurulmasının və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileylərini qeyd edirik”.
Azərbaycanla Türkiyənin müasir dövlətin yaranması baxımından da oxşarlıqlarının olduğunu diqqətə çatdıran BMT rəsmisi deyib ki, Türkiyə Osmanlı imperiyasının dağılmasından, Azərbaycan isə SSRİ-nin süqutundan sonra yaranıb. “SSRİ dağılandan sonra Azərbaycan çətin günlər yaşadı. Vəziyyət çox kritik idi. Ümummilli Lider Azərbaycan xalqını və dövlətini çətin vəziyyətdən xilas etdi”, - deyə Volkan Bozkır vurğulayıb.
Çıxışında dövlət quruculuğundan, milli maraqların qorunmasından danışan Belçikanın sabiq Baş naziri İv Löterm Azərbaycanın regionda sabitliyin və inkişafın təmin olunmasında rolunu qeyd edib. Heydər Əliyevin nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayan sabiq Baş nazir Ümummilli Liderin Azərbaycan xalqının və dövlətinin gələcəyi üçün böyük liderlik və cəsarət nümayiş etdirdiyini vurğulayıb.
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Tacikistanın sabiq xarici işlər naziri Raşid Alimov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O, görkəmli dövlət xadimi, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin Azərbaycanın müstəqillik uğrunda mübarizəsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib. “Heydər Əliyev tənəzzül yaşayan və böhran vəziyyətində olan Azərbaycanı iqtisadi cəhətdən güclü dövlətə çevirə bildi. Hazırda Azərbaycan dünyanın bir çox dövlətləri ilə səmərəli şəkildə əməkdaşlıq edərək, yeni etibarlı tərəfdaş və dostlar qazanmaqla yanaşı, həmçinin öz iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirib”, - deyə R.Alimov qeyd edib.
Rumıniya parlamentinin üzvü, 2018-2019-cu illərdə Rumıniya Baş nazirinin müavini olmuş Ana Birçall çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev çətin vəziyyətdə olan Azərbaycanın nəyə ehtiyacı olduğunu bilirdi. Bunlar iqtisadi inkişaf, sosial ədalət, dünyəvi və müstəqil dövlətin yaradılması idi. Azərbaycan zəngin mədəniyyətə malik ölkədir və dəyərlərinə sahib çıxmağı bacarır.
Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç Heydər Əliyevin öz xalqı üçün gördüyü işlərin misilsiz olduğunu qeyd edib. Bildirilib ki, Ümummilli Liderin dərin düşüncəsi, təfəkkürü, hadisələri qabaqcadan görmək bacarığı Azərbaycan xalqına nicat gətirib. O, millətin formalaşmasında Heydər Əliyev kimi liderlərin rolunu xüsusi vurğulayıb.
Dövlət quruculuğunun, xalqın formalaşmasının asan proses olmadığını diqqətə çatdıran Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib: “Heydər Əliyev 100 il bundan əvvəl lider olmaq üçün doğuldu. Onun arzusu sabit, çiçəklənən, suveren, müstəqil dövlət qurmaq idi və Heydər Əliyev bu arzusunu reallaşdırdı”.