Menu
Xəbər Lenti
Cəlilabadda zəlzələ oldu
24-05-2026, 10:57

Cəlilabadda zəlzələ oldu

“AS Group” WUF13-də
22-05-2026, 14:23

“AS Group” WUF13-də

WUF nəyimizə lazımdır?
21-05-2026, 14:29

WUF nəyimizə lazımdır?

17 Mrt 08:29Mədəniyyət

Bakıda Teatr Forumu keçiriləcək

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forum üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.