Menu
Xəbər Lenti
Liderlər Füzulidədir
17-07-2025, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
17-07-2025, 08:46

Neftimiz ucuzlaşdı

Pınar Kür vəfat etdi
16-07-2025, 09:59

Pınar Kür vəfat etdi

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

20 Eyl 06:18Siyasət

Şolts BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını müdafiə edib

Şolts BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını müdafiə edib

Almaniya kansleri Olaf Şolts Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının kürsüsündən BMT Təhlükəsizlik Şurasının islahatlarının, Asiya, Afrika və Latın Amerikası ölkələrinin daha geniş təmsil olunmasının və ümumilikdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“BMT çoxqütblü dünya reallığını yetərincə əks etdirmir. Heç bir yerdə bu, Təhlükəsizlik Şurasının tərkibinə münasibətdə olduğu qədər aydın deyil”, - Şolts bildirib.

Onun sözlərinə görə, Asiya, Afrika və Latın Amerikası ölkələrinin bu orqanda daha çox çəkiyə layiq olduğu aydındır: “Bu nöqtədən çıxış edərək müxtəlif variantlı mətn üzərində razılaşmaq olar. Heç bir ölkə maksimum tələblərlə belə açıq danışıqlara əngəl olmamalıdır. Almaniya da bunu etmir”.

Eyni zamanda, o qeyd edib ki, daha çox tərəfdaş, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü islahatlarda irəliləmək niyyətini ifadə edir. Şolts Böyük Britaniya, ABŞ və Fransanı nəzərdə tutub. Almaniya kansleri həmçinin 2027 və 2028-ci illərdə rotasiya edən üzvlərdən biri olmaq istəyən Almaniyaya dəstək verməyə çağırıb.

Almaniya hökumətinin başçısı çıxışında bir daha beynəlxalq əməkdaşlığın, xüsusən də qlobal Cənub ölkələri ilə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb. “Bizim azadlığımız, demokratiyamız və rifahımız Avropanın və bütün dünyanın rifahı ilə dərindən bağlıdır”, - Baş nazir söyləyib.

Onun fikrincə, mövcud ittifaqların möhkəmləndirilməsi yeni tərəfdaşlar tapmaq qədər vacibdir. Belə ki, Şoltsa görə, yalnız bu yolla “hədsiz birtərəfli asılılıq riskləri azaldıla bilər”.