Menu
Xəbər Lenti
20 Eyl 17:03Siyasət

Bu yolda hərəkət bərpa olundu

Bu yolda hərəkət bərpa olundu

Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində hərəkət bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Astara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Məlumata əsasən, 8 metr uzunluğa malik körpü Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində yerləşir. Təbii fəlakət nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdı. Əraziyə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açılıb.