Menu
Xəbər Lenti
Bakıda ev yanıb
27-04-2024, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

20 Şub 06:37Siyasət

RF XİN: Moskva Aİ-nin Ermənistanda missiyasını Rusiyanı regiondan sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirir

İrəvan Avropa İttifaqının Ermənistanın sərhəd rayonlarında mülki monitorinq missiyası ilə bağlı Bakının mənfi yanaşmasına məhəl qoymur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistanın sərhəd rayonlarında mülki monitorinq missiyasının fəaliyyətə başlaması ilə bağlı suala cavabında söyləyib.

Rusiyalı diplomat yeni missiyanın mülki xarakter daşımasına şübhə ilə yanaşıb. “Avropa İttifaqının və bütövlükdə Qərbin bizim müttəfiqimiz olan Ermənistanda öz mövqeyini bütün vasitələrlə gücləndirməyə can atmasının şahidi olmağımız təəssüf ki, artıq ilk dəfə deyil. Biz bu cəhdlərin müstəsna olaraq Cənubi Qafqazda münasibətlərin real normallaşdırılması maraqlarından uzaq geosiyasi fonunu görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və onun təhlükəsizliyin əsas zəmanətçisi kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bu təşəbbüsə dair Bakı tərəfindən açıq şəkildə ifadə olunan mənfi qiymətləndirməyə də məhəl qoyulmur”, - deyə M.Zaxarova qeyd edib.

RF XİN-in rəsmisi əmin olduğunu bildirib ki, regionda sabitliyin və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış razılaşmalar kompleksidir. O qeyd edib: “Regionda şəraitin sağlamlaşdırılması istiqamətində birbaşa yol onların hərtərəfli həyata keçirilməsi, o cümlədən kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası, cəmiyyətlər, ekspertlər, dini dairələr, iki ölkənin parlamentariləri arasında əlaqələrin yaradılması, həmçinin sülh sazişinin hazırlanmasına dair danışıqlardır. Rusiya Federasiyası gələcəkdə də bu məsələyə hər cür dəstək göstərməyə hazırdır”.