Xəbər Lenti
Bugün, 07:34
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
29-01-2025, 14:52
ARHD » Siyasət » Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov : 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində iştirak etmiş və müşahidələr aparmışdır.
29-01-2025, 13:49
Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
29-01-2025, 13:45
Mətbuat Şurasında seçkilərlə bağlı yaradılan "qaynar xətt"ə müraciət daxil olmayıb
29-01-2025, 13:37
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçtərəfli görüşü oldu (YENİLƏNİB)
28-01-2025, 10:16
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı (FƏRMAN)
"Qərb Cənubi Qafqazda gərginliyin artmasında maraqlıdır" - Ekspert
"Bu məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq və sülh prosesinə zərbə vuracaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Avropa İttifaqının Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılması barədə verdiyi qərarını şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Aİ-nin bu addımı gözlənilən idi:
"Fransa və bütövlükdə Avropa İttifaqı çalışırdı ki, Ermənistandakı mülki missiya dediyi hərbi missiyanı genişləndirsin. Onun vasitəsilə bir növ Cənubi Qafqaza daxil olub, Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışırlar. Həmin missiyanın yerləşdirilməsinə Azərbaycan cəmi iki aylıq müddətinə razılıq verib. Ondan sonra Azərbaycan buna rəsmi razılıq verməyib. Ona görə də ölkəmizin rəsmi razılığı olmadan onun sərhədində başqa ölkənin hərbi missiyasının yerləşdirilməsi təbii ki, Azərbaycanın təhlükəsizlik və milli maraqlarına uyğun gəlmir".
Ekspert qeyd edir ki, atılan həmin addım Bakının haqlı narazılıq və etirazına gətirib çıxaracaq:
"Bu müstəvidə ABŞ hərbi kontingentinin Ermənistana daxil olmasını da nəzərə alsaq, deyə bilərik ki, kollektiv Qərb regionda gərginliyin artmasında maraqlıdır. Çünki gərginlik həmin qüvvələrin regiona tam şəkildə daxil olması, hərbi iştiraklarına şərait yaradacaq və bununla da tədricən Rusiyanın regiondan çıxarılmasına nail olacaqlar".
Həmsöhbətimizin fikrincə, Aİ missiyasının müddətinin artırılması təbii ki, revanşist Ermənistanı bir qədər də həvəsləndirəcək:
"Ermənistanda revanşist qüvvələr yaranmış vəziyyətdə yenidən aktivləşəcəklər. Bu da istər-istəməz sülh prosesinin uzanmasına gətirib çıxaracaq, Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq. Həmin addım bütövlükdə sülh prosesinə vurulan zərbədir. Nəticədə regionda vəziyyət daha da gərginləşəcək".
Qeyd edək ki, dünən Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılmasını müzakirə edib. APA-nın xəbərinə görə, layihə təsdiqlənib. Bu isə o deməkdir ki, Aİ-nin Ermənistandakı sözügedən fəaliyyəti daha iki il davam edəcək.
Rüfət Sultan