Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
13 Ock 06:34---
Bakıda piyadanı maşınla vuran şəxs məmur imiş
Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyində baş direktorun müşaviridir.
Xatırladaq ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.