“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Yevlax şəhər yaradıcılıq evində muğam gecəsi keçirildi

25 avqust 2025-ci il tarixdə Yevlax şəhər Yaradıcılıq evində 26 avqust Beynəlxalq Muğam günü münasibətilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhər üzrə nümayəndəsi Günel Cəfərovanın rəhbərliyi ilə Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın təqdimatında “Xüsusən zövq alar arif, muğamat var olan yerdə” adlı tədbir keçirildi.
Tədbir torpaqlarımızın azadlığı uğurda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra başladı. Aparıcılar Zaur Qurbanov və Soltan Əsgərov muğam sevərləri salamladıqdan sonra Azərbaycan muğamlarının yaranması, muğamlarımızın keçmişindən və bu günündən söz açdılar. Daha sonra musiqiçilər Şakir Qədirov, İlqar Nəcəfov, Rafiq Rüstəmov, Ramin Yaqubov və Vüsal Mahmudovun muşayətilə səkkizinci muğam müsabiqəsinin laureatları Rəvanə Vəliyevanın, Sabir Hüseynovun, İsmayıl Talıbzadənin, xanəndə Fətəli Əhmədovun, muğənni Günel İsmayılovanın biri-birindən gözəl ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Qiraətçilər Fəridə Həsənovanın, Salatın Mustafayevanın və Xan Quliyevin ifasında şer və qəzəllər səsləndirildi. Tədbirdə Yevlax şəhər İcra hakimiyyətinin başçısının müavini Elnarə Əzizova, YAP-Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Azərbaycan yazıçılar və jurnalistləri birliyinin üzvü Natiq Əlisoy, Türkdünyası.az sayıtının rəhbəri Mübariz Nağıyev, şəhid ailələri, qazi və müharibə iştirfakçıları, şəhər ictimaəti, mədəniyyət işçiləri və digər ziyalılar iştirak ediblər.
Tədbirin sonunda Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavinin Elnarə Əzizova Beynəlxalq muğam günü münasibətilə bütün muğam sevərləri təbrik etdi. Tədbirin ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirdi. MİHİ Yevlax rayon komitəsinin sədri Seymur Novruzov tərəfindən iştirakçıların hər birinə gül buketləri təqdim olundu.
Sonda xatirə şəkli çəkildi.



Türkdünyası.az























































