Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

25 Eyl 06:20Dünya

Dünyanın ən böyük “high-tech” şirkətləri Tailanda investisiyalarını artırıb

 

Tailandın baş naziri Sretta Tavisin bildirib ki, “Tesla”, “Google” və “Microsoft” Tailanda 5 milyard dollar investisiya edəcək.

“Report”un məlumatına görə, bu barədə “Reuters” yazıb.

Məlumata görə, bu vəsaitlərin ölkə iqtisadiyyatına nə vaxta qədər yatırılacağı, 5 milyard rəqəmin siyahıya alınan şirkətlərin hər birinin investisiyalarının həcminə, yoxsa onların ümumi həcminə aid olduğu açıqlanmır. Bu barədə Tavisin BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsindən sonra açıqlamalar verib.

“Tesla” elektrik avtomobillərinin istehsalı imkanlarını araşdıracaq, “Microsoft” və “Google” orada məlumat mərkəzlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirirlər”, - siyasətçi vurğulayıb.