Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
30 Ara 17:57Dünya
Rusiyanın ən zəngin sahibkarları bu il 93 milyard dollar itiriblər
Rusiyanın ən zəngin sahibkarları 2022-ci ilin əvvəlindən Ukraynadakı vəziyyətə görə ümumilikdə 93 milyard dollar itiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, fevralda ən varlı ruslar birlikdə 46,6 milyard dollar itiriblər. Qərb ölkələrinin sanksiyalarından sonra onların sərvəti daha 47 milyard dollar azalıb.
“Bloomberg”in “Milyarderlər indeksi”nə görə, “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç 9,3 milyard dollar, təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko 8,48 milyard dollar, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov isə 7 milyard dollar itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır