Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 09:24

“Azeri Light” bahalaşdı

04 Tem 13:32Gündəm / Kriminal

Baldızı yox, özü-özünü bıçaqlayıbmış

 

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı Arif Səlimovun xəsarəti özünün-özünə yetirdiyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, A.Səlimovun həyat yoldaşı ərindən ayrılaraq yaşadıqları Ağdam rayonundan övladları ilə birgə bacısıgilə - Qala qəsəbəsinə gəlib. A.Səlimov isə onun ardınca paytaxta yaşayan baldızıgilə gələrək övladlarını özü ilə aparmağa çalışıb.

Həyat yoldaşı buna etiraz etdiyi üçün A.Səlimov özünə bıçaq xəsarəti yetirib.

Araşdırmalar Xəzər RPİ-nin 1-ci PŞ-də aparılır.