Menu
Xəbər Lenti
2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

13 Haz 08:48Manşet / Cəmiyyət

Bakı Avrasiya Universiteti “THE Impact 2024” reytinqinə daxil olub

 

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Avrasiya Universiteti (BAAU) “THE Impact 2024” reytinqinə daxil olub.

125 ölkədən 2 152 universitetin dəyərləndirildiyi reytinqdə Bakı Avrasiya Universiteti (1501+) əhəmiyyətli nəticə əldə edib.

Sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib.

Qeyd edək ki, “THE Impact 2024” reytinqi universitetlərin fəaliyyətini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirir.